ABŞ-ın keçmiş dövlət katibi Moskvaya gəldi
3 Fevral 2016 15:20 DünyaRusiya prezidenti Vladimir Putin bu gün ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşəcək. APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Bu gün Moskvada prezident Putinlə Henri Kissincer arasında görüş olacaq. Bilirsiniz ki, Putinlə Kissinceri uzunmüddətli dostluq münasibətləri bağlayır. Onlar daim əlaqədədirlər. Putin gündəmdə olan dünya siyasəti məsələləri və gələcəkdə vəziyyətin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparmaq imkanına çox yüksək qiymət verir", - deyə Kremlin mətbuat xidmətinin rəhbəri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00