Lavrov: “Terrorçu təşkilatlar üzərində qələbə əldə olunanadək Suriyada əməliyyatlar dayandırılmayacaq”

"Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatları bu ölkədə terrorçu təşkilatlar üzərində qələbə əldə olunanadək dayandırılmayacaq". APA-nın Moskva müxbirinin məlumatına görə, belə bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. O bildirib ki, terrorçu təşkilatlar İŞİD, "Ən Nüsra" və digərləri üzərində real qələbə qazananadək aviazərbələr dayandırılmayacaq: "Hazırda aviazərbələrin dayandırılması üçün əsas görmürəm".

Qeyd edək ki, Rusiya Hərbi Kosmik Qüvvələri 2015-ci il sentyabrın 30-dan Suriyada havadan hərbi əməliyyatlara başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00