Nejat İşlərin kitabı çıxacaq
3 Fevral 2016 19:10 DünyaMəşhur aktyor Nejat İşlər kitab yazır. Publika.az xəbər verir ki, aktyorluq karyerasına fasilə verərək Bodrumda yaşayan Nejat İşler "Bavul" adlı ədəbiyyat jurnalında çap olunan köşə yazısında kitab çıxaracağını bildirib. O, bunun nəşriyyatlardan birinin təklifi olduğunu qeyd edib. Aktyor qəhrəmanları uydurma olan həqiqi hekayələr yazacağını bildirib: "Yazıçılıq sevdiyim, lakin çətin məşğuliyyətdir. Əslində, mənə uzaq sənət deyil. Oxumağa da, yazmağa da beş yaşımda başlamışam. Həmçinin 3 ssenari yazmışam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00