"Mehmetcik" PKK-nın 70 snayperini tuneldə mühasirəyə aldı
3 Fevral 2016 13:15 DünyaDiyarbəkir vilayətinin Sur mahalında aparılan antiterror əməliyyatları sona yaxınlaşmaq üzrədir. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK terror təşkilatının liderləri və snayperlərin də aralarında olduğu 60-70 nəfərlik qrup Həsirli və Savaş məhəllələrində mühasirəyə alınıb. Məlumata görə, məhəllələrdə tunellərlə bir-birinə bağlanılan 20 evi qərargah kimi istifadə edən terrorçular təhlükəsizlik güclərinə atəş açırlar. Təhlükəsizlik gücləri terrorçuları zərərsizləşdirmək üçün son əməliyyata hazırlaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00