Suriyada 6 İran hərbçisi öldürüldü

İran İnqilab Keşikçiləri Qvardiyasının 6 silahlısı Suriyanın Hələb şəhərində öldürülüb. Report  bildirir ki, bu haqda İran KİV-i məlumat yayıb. Məlumata görə, qvardiyaçılar - Mehdi Kuçekzadə, Seyyid Əlizadə, Həsən Rəzzaki, höccətülislam şeyx Mustafa Xəlili, Həbib Rəhimiməneş və Mahmud İsgəndəri döyüş zamanı öldürülüblər. İnformasiyada bildirilib ki, onların cənazələri fevralın 4-də İrana aparılacaq və müxtəlif şəhərlərdə dəfn ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00