Kürdlər Moskvada nümayəndəlik açırlar
3 Fevral 2016 13:01 DünyaRusiya suriyalı kürd qruplara Moskvada nümayəndəlik açmaq üçün icazə verib. Axar.az bildirir ki, nümayəndəlik kürdlərin Suriyanın şimalında elan etdiyi Cizrə, Kobani və Afrin kantonlarını əhatə edəcək. Rusiyadakı Kürd Mədəniyyət Mərkəzinin başçısı Fərhad Patıyev "İnterfaks"a açıqlamasında nümayəndəliyin 10 fevralda açılacağını bildirib. Kürdlər bu il Almaniya və Fransada da nümayəndəlik açmağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00