23 yaşlı tələbənin doğduğu uşaq tualetdə boğuldu

Hadisə Türkiyənin Şişli rayonunda baş verib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk tələbələr ilə eyni evdə yaşayan fransa vətəndaşı K.O. şiddətli qarın ağrıları ilə ayaqyoluna gedib. Vəziyyətin nə olduğunu anlamayan K.O. tualetdə doğub. Qızın tələbə yoldaşları təcili tibbi yardım çağırsalar da, vaxtında müdaxilə edilmədiyi üçün doğulan körpəni xilas etmək mümkün olmayıb. Araşdırmalar nəticəsində məlum olub ki, uşaq tualet suyunda boğulub. Hamilə olduğundan xəbərsiz olduğunu deyən 23 yaşlı K.O. çəki artmasını yediyi yeməklərə görə olduğunu düşündüyünü bildirib. Faktla bağlı Fransa vətəndaşına cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00