Həsən Ruhani: Rusiya və Türkiyə arasında gərginliyin azaldılması üçün İran əlindən gələni etməlidir

Rusiya və Türkiyə arasında yaranmış gərginliyin azaldılması üçün İran əlindən gələni etməlidir. APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib. "Bizim həm Rusiya, həm də Türkiyə ilə çox gözəl münasibətlərimiz var. Bu iki ölkənin   münasibətlərində böhranın yaranmasından biz çox təəssüflənirik. Hazırda gərginliyin azaldılması istiqamətində biz əlimizdən gələni etməliyik", - deyə İran prezidenti vurğulayıb."Gərginliyin daha da dərinləşməsi nə Rusiyanın, nə də ki Türkiyənin maraqlarına cavab vermir", deyə Ruhani əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00