Ruhani ABŞ şirkətlərinin İrana sərmayə qoymasının əleyhinə deyil
3 Fevral 2016 06:44 Dünyaİran prezidenti Həsən Ruhani ABŞ şirkətlərinin İrana sərmayə qoymasının əleyhinə olmadığını deyib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Həsən Ruhani bu barədə "Press TV"-yə müsahibəsində bildirib."Əgər Amerika şirkətləri gəlib ölkəyə sərmayə qoymaq və istehsalatlarını İrana köçürmək istəyirlərsə, biz buna heç bir etirazımız yoxdur", deyə Ruhani bildirib. Qeyd edək ki, AEBA yanvarın 16-da İranın nüvə proqramına dair hesabatı təqdim etdikdən sonra ABŞ və Aİ İrana qarşı tətbiq olunan sanksiyaların götürüldüyünü bəyan ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00