Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin Aydın vilayətində terror aktının qarşısı alınıb. Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, polisin apardığı xüsusi əməliyyat nəticəsində iki nıfər saxlanılıb. Onlar vilayətin avtovağzalında terror aktı törətməyi planlaşdırırdılar. Terrorçuların İzmir vilayətində də terror aktı törətməyi planlaşdırdığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00