PKK-nın yeni qanadı yarandı
2 Fevral 2016 17:27 DünyaPKK Hakkarinin Yüksəkova əyalətində yenidən təşkilatlanmağa başlayıb. Axar.az bildirir ki, silahlı birləşmənin "Sivil Müdafiə Birlikləri" adlı qanadının qurulduğu açıqlanıb. Təşkilatın bəyanatında bu torpaqlarda öldürülən hər kəsin qisasının alınacağı vurğulanıb. Baş nazir Əhməd Davudoğlu Şırnakın Cizrə bölgəsinə, Hakkarinin Yüksəkova əyalətinə xüsusi təhlükəsizlik qüvvələri göndəriləcəyini söyləyib. Baş nazirin bu çıxışından sonra PKK-nın adıçəkilən qanadı təsis olunub.
Qeyd edək ki, son aylarda hər iki regionda PKK tərəfdarları fəallaşıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00