Əfqanıstan İŞİD-ə qarşı koalisiyaya qoşuldu

Əfqanıstan terorçu İŞİD qruplaşmasına qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulub. Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri beynəlxalq koalisiyaya daxil olan ölkələrin xarici işlər nazirlərinin Romada keçirilən toplantısında bildirib. C.Kerri deyib ki, Əfqanıstan koalisiyaya qoşulan 66-cı dövlətdir. Məlumata əsasən, Romada keçirilən iclasda 23 ölkənin rəsmi nümayəndəsi iştirak edir.

Qeyd edək ki, bu koalisiyaya ABŞ başçılıq edir. İran və Rusiya anti-İŞİD koalisiyasına daxil deyil. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00