İran Rusiya tanklarından imtina etdi
2 Fevral 2016 17:00 DünyaTehran Rusiyadan T-90 tanklarını almayacaq. Axar.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında İranın Quru Qoşunlarının komandanı Əhməd Rza Purdastan söyləyib. Onun sözlərinə görə, İran öz imkanlarını nəzərə alaraq T-90-ların alışını gündəlikdən çıxarıb. O, İranın özünün tank istehsal etmək niyyətində olduğunu bildirib.
Qeyd edək ki, bir müddət öncə məhz Purdastan T-90 tanklarının Rusiyadan alınması üçün İranın bu ölkəyə öz ekspertlərini göndərəcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00