Ərinin ölümündən sonra səhnəyə çıxacaq, amma...

Müğənni Selin Dion qısa müddət ərzində həyat yoldaşını və qardaşını xərçəng xəstəliyinə görə itirdikdən sonra ağır günlər yaşayır. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu yaxınlarda səhnəyə dönməyi planlaşdırır. Las-Veqasda "Caesars Palace Colosseum"un səhnəsində tamaşaçı qarşısına çıxacaq ifaçı mahnı oxumayacaq. O, mərhum həyat yoldaşı Rene haqda xatirələrini danışacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00