Egeydə miqrant gəmisi batdı 2-si uşaq olmaqla, 9 nəfər həlak olub

İzmirin Səfərinhisar rayonunun Doğanbəy Körfəzi tərəfində Yunan adalarına keçmək istəyən miqrantların gəmisi alt-üst olub. SİA-nın məlumatına görə, miqrantlardan 2-si uşaq olmaqla 9 nəfər həlak olub, 13 nəfər isə xilas olub. Miqrantlardan 11-i üzərək sahilə çıxmağa nail olub. Sahil Təhlükəsizlik xidmətinə müraciət edən miqrantlar kömək istəyib. 2 immiqrant Sahil Təhlükəsizliyi tərəfindən xilas edilərkən 2-si uşaq olmaqla 9 nəfərin də cəsədi tapılıb. Ərazidə axtarış işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00