Türkiyə casusluqda şübhəli bilinən iki "jurnalist"i saxladı

Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunda casusluqda şübhəli bilinən İngiltərə və Serbiya vətəndaşları saxlanılıb. Report-a istinadən bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, bölgədə antirerror əməliyyatı davam edir. Xəbərdə bildirilib ki, saxlanılan şəxslər terrorçu PKK-ya yaxın adamları xilas edərək, qaçırmağa çalışıblar. Ancaq təhlükəsizlik qüvvələrinin əməkdaşları casusları tuta bilib. İnformasiyaya əsasən, onlar özlərini jurnalist kimi təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00