Rusiya Türkiyəni təxribata çəkir

Rusiyanın yenidən Türkiyənin hava sərhədlərini pozması Türkiyəni yenidən təxribata çəkmək cəhdidir. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Bildirib ki, Putin Suriyada üzləşdiyi uğursuzluq və yaşanacaq məğlubiyyətdə Türkiyənin rolunu çox yaxşı bilməsi, eləcə də regionda prosslərin Qərb və Türkiyənin xeyrinə dəyişməsinin fərqindədir: "Putinin Suriya burulğanında Rusiyanı da qurban verməsi aydın təzahür edir. Getdikcə, maliyyə rezervləri tükənən, dayanıqlı iqtisadiyyatı və maliyyəsi olmayan, sadəcə ərazi böyüklüyü, SSR-dən qalma silah arsenalı hesabına dünya hegemonloğuna başlamaq Putinin düşünülməmiş siyasətidir". Politoloq hesab edir ki, Rusiyanın zəiflədilməsi, Azərbaycanın Qarabağ münaqişəsinin həllində rolunu möhkəmləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00