Fransada 5 terrorçu tutuldu

Fransa polisi ölkənin mərkəzindəki Lion şəhərində terror aktı planlaşdıran 5 ektremisti həbs edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar şəhərin klublarından birinə silahlı hücum etmək məqsədilə silah alarkən yaxalanıblar. Paralel olaraq, terrorçular Suriyaya yollanaraq oradakı hərbi əməliyyatlarda da iştirak etməyi düşünüblər. Noyabrın 13-də Parisdə baş verən terror aktı zamanı 130 nəfər həlak olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00