ABŞ daha 5 rusiyalı məmuru "qara siyahı"ya saldı
2 Fevral 2016 10:24 DünyaABŞ hökuməti beş Rusiya vətəndaşını "Maqnitski siyahısı"na əlavə edib ölkə.az bildirir ki, Rusiya vətəndaşları Aleksey Aniçin, Yevgeni Antonov, Boris Kibis, Pavel Lapşov və Oleq Urzumçev "Maqnitski siyahısı"na düşüblər.Bu şəxslərdən biri, Aleksey Aniçin, Rusiya daxili işlər nazirinin müavinidir. Digərlərinin tutduğu vəzifə haqda məlumat yoxdur.Xatırladırıq ki, "Hermitage" fondunun hüquqşünası Sergey Maqnitski 2009-cu ildə Moskvanın "Matrosskaya tişina" həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişmişdi. Maqnitski Rusiyanın rəhbərliyinə qarşı kompromatlarla dolu hesabatın müəllifi idi və onun ölümündə Rusiyanın siyasi hakimiyyəti ittiham olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00