Dövriyyədə “Səddam Dolları” təhlükəsi

Səddamın dövriyyəyə buraxdığı dolları orijinalından ayırmaq mümkün deyil

İraqın sabiq prezidenti Səddam Hüseyn dövrünə aid milyonlarla dollarlıq əskinas aşkarlanıb. ANS PRESS-in "Habertürk"ə istinadən verdiyi məlumata görə, "dolların əkizi" adlandırılan bu pulları orijinalından ayırmaq mümkün deyil.

Bildirilir ki, 1-ci Körfəz müharibəsi vaxtı Səddam Hüseyn Amerika Birləşmiş Ştatları (ABŞ) iqtisadiyyatını zəiflətmək üçün orijinalına çox bənzəyən dollarlar hazırlatmışdı. 2004-cü ildə ABŞ İraqı işğal etdiyi zaman həm "əkiz dollarlar", həm də həqiqi dollarlar İraq Mərkəzi Bankından yoxa çıxmışdı.

Bir müddət əvvəl isə bu itkin dollarların tapıldığı, İordaniya-Suriya sərhəddindəki bir evdə satışa çıxarıldığı iddia olunub. İddiada qeyd edilir ki, 3 milyon dəyərində olan bu əskinaslar 1 milyon dollara qarşılıq olan 920 min euroya satılır. Bu iddiaları, həmin əskinasları şəxsən görən və bir miqdar da satın alan türk biznesmen İnan Tapdıq səsləndirib.

Böyük miqyaslı beynəlxalq finans işləri ilə məşğul olan şirkətin sahibi Tapdığa və ortağına Ərbildə tanış olduğu bir nəfər İordaniyada Səddamın yaxın qohumu olan Şeyx A. adlı bir nəfərin "əkiz dollarları" satması barədə danışıb. İnan Tapdıq pulla maraqlandığını və görüşmək üçün ortağını göndərdiyi açıqlayıb.

"Ortağım İordaniyaya getdi. Burda qaldığı oteldən iki nəfər onu götürərək İordaniyanın paytaxtı Əmanın kənarında, Suriya sərhəddinə yaxın böyük bir evə aparıb. Evdə ona dollar barədə ilkin məlumatlar verilib. Evdəki pul sayma cihazından keçirilən dollarlarda hər hansı bir problem aşkarlanmayıb. Ortağım həmin pulların arasından götürdüyü 5 min dollar dəyərindəki dəstəni cibindəki eyni məbləğdə pulla dəyişdirib və daha sonra İordaniyadan ayrılıb."

Ortağının gətirdiyi pulları işçisinə verərək yoxlatmaq üçün banka və valyutadəyişdirmə məntəqəsinə göndərdiyini deyən Tapdıq həmin əskinaslarda hər hansı bir problem aşkarlanmadığını bildirib.

Bundan sonra Tapqıd ortağı ilə həmin dollarların satıldığı evə şəxsən getməyə qərar verib. Şeyx A.nın evində olan Tapqıd qarşısına gətirilən "əkiz dollarları" orijinal dollardan ayıra bilməyib.

"... Şeyx A.nın yanında oturduqdan sonra divarda asılmış Səddam Hüseynin portreti diqqətimi cəlb etdi. Şəkli Şeyxə göstərəndə sağ əlini ürəyinin üstünə qoydu və bir müddət belə dayandı. Birlikdə yemək yedik və sonra otağa dollarla dolu çuvallar gətirildi. Özümüzlə pul sayma cihazı da aparmışdıq. Pulları nə qədər incələsək də orijinalı ilə heç bir fərqini tapa bilmədik. Bir azdan pulların içindən götürdüyümüz hər hansı bir dəstəni pul sayma cihazından keçirdik. Hamısı cihazdan keçdi. Sonra pul işığı cihazından da keçirdik. Bu cihaz, pul nə qədər çox olursa olsun, saxta pulu aşkarlayır. Amma pullar bu testdən də keçdi. Bizə son təklifləri bu oldu: Əllərində olan 3 milyon dolları bazarda 1 milyon dollara qarşılıq olan 920 min euroya satırlar. Yəni 1 milyon verirsən, 3 milyon dolların olur. Amma bir şərtləri var: Pulu sənə evin qapısında təhvil verirlər. ölkədən çıxarmaq sənin öz işindir. Ordan 500 dollar götürdüm və cibimdəki pulla dəyişdirdim. Sonra İordaniyada alış-veriş mərkəzlərindən birinin valyutadəyişmə məntəqəsində heç bir problem olmadan dəyişdirdim."

Tapdıq evdən götürdüyü pulları Türkiyədə bu işin mütəxəssisi olan professora da göstərib. Mütəxəssis bu pulların 1990 - 92-ci illər arasında çap olunduğunu deyərək Səddam dövrünə aid olduğunu təsdiq edib.

"Götürdüyüm pulları Türkiyədə mütəxəssis professorun yanına apardım. Bu şəxs "İstanbul" universitetinin məhkəmə tibbi ekspertizasında da fəaliyyət göstərir. Verdiyim pula baxdı və üzərindəki mürrəkəbin 1991-ci ilin aprel ayına aid olduğunu dedi. Daha bir 100 dollarlıq əskinasa baxdı və bunun mürəkkəbinin 1990 - 92-ci illərə aid olduğunu dedi. Beləcə pulların Səddam Hüseyn dövründə çap olunduğu təsdiqlənmiş oldu. Getdiyimiz evdə nə qədər pul olduğunu bilmirik. Amma bizə dedilər ki, nə qədər istəyirsiniz deyin. Belə başa düşmək olar ki, onların əlində xeyli miqdarda "əkiz dollar" var. Xeyil miqdarda da dövriyyəyə buraxdıqlarını güman edirik."

İnan Tapdıq "əkiz dolların" satışının çox cəlbedici olsa da bunun təhlükəli olduğunu bildirib.

"Təklif çox cəlbedici idi. Fikirləşin, əlinizdəki 1 milyon dollar bir neçə saat sonra 3 milyon dollar olur. Ama o pullardan almadıq. Buna, Amerikan təhlükəsizlik orqanlarının nə edə biləcəyi yönündəki qayğımız səbəb oldu. Nəticədə bu mövzu birbaşa ABŞ təhlükəsizliyini maraqlandıran bir işdir. Biz də Amerika ilə iş görən bir şirkətik."

Biznesmen Şeyx A.nın başqa ölkələrdəki şəxslərlə də təmasda ola biləcəyini istisna etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00