Koma halında xəstəxanaya gətirilən şəxsin adı məlum olub
1 Fevral 2016 18:40 DünyaDünən Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən 35-40 yaşlı kişi koma vəziyyətində xəstəxanaya gətirilib və orada ölüb. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 9 saylı birləşmiş şəhər xəstəxanasına gətirilən şəxsin 1977-ci il təvəllüdlü Emin Məmmədov olması müəyyən edilib. Ölüm faktının səbəbi ilə bağlı ekspertiza təyin edilib, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00