Dördüncü sənaye inqilabı əmək bazarına necə təsir göstərəcək?

Cari ilin yanvarında Davosda keçirilmiş Dünya İqtisadi Forumunun hesabatına əsasən, 5 il sonra iş yerlərinin sayı azalacaq. Belə ki, dördüncü sənaye inqilabı indi mövcud olan peşə bacarıqlarının 35%-dən çoxuna təsir edəcək. "ICTnews" Elektron Xəbər Xidməti "ilenta.com" saytına isytinadən yazır ki, 2020-ci ilə robot texnikası və avtonom işləyən nəqliyyat vasitəsi, süni intellekt və kompüter təlimi aktuallaşacaq, yeni materiallar, biotexnologiya əlçatan olacaq. Bu isə o deməkdir ki, bir sıra peşə sahiblərinə tələbat olmaya bilər. Əksinə, hazırda mövcud olmayan peşələr gələcəkdə adi hala çevriləcək.

Forumda iştirak edən işə götürənlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, 2020-ci ilə qədər ən çox tələbat olan  10 peşə bacarığı müəyyənləşdirilib:

Kompleks məsələlərin həlli
Tənqidi təfəkkür
Yaradıcılıq qabiliyyətləri
İdarəetmə qabiliyyəti
Başqa şəxslərlə koordinasiya
Emosional intellekt
Düşünmək və qərar qəbul etmək qabiliyyəti
Xidmət sahələrinə köklənmək
Danışıqların aparılması bacarığı
Koqnitiv elastiklik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00