Nalbandyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə Dağlıq Qarabağ problemini müzakirə edib
1 Fevral 2016 17:49 DünyaErmənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşüb. APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, görüş ATƏT-in İrəvan bürosunun rəhbəri Andrey Sorokinin təşəbbüsü ilə baş tutub. Ermənistan XİN-in mətbuat xidmətindən bildiriblər ki, görüşdə ötən ilin dekabrında keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısının yekunları, Almaniyanın sədrliyi və ATƏT-in gündəliyində olan məsələlər müzakirə olunub. E. Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəal rolunun vacibliyini qeyd edib. Görüşdə həmçinin Ermənistan və Azərbaycan prezidentlərinin ötən ilin sonunda Berndə keçirilən görüşünün yekunları müzakirələr olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00