İstanbulda lift 24-cü mərtəbədən şaxtaya düşüb, 3 fəhlə ölüb
1 Fevral 2016 17:44 Dünyaİstanbulda tikintisi davam edən lüks binada faciə baş verib. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Baxçaşəhər məhəlləsində hazırda tikilməkdə olan çoxmərtəbəli binada yük daşınması üçün nəzərdə tutulan lift yerə çırpılıb. 24-cü mərtəbədən şaxtaya düşən liftin içərisində olan 3 fəhlə hadisə yerində ölüb. Hazırda fəhlələrin meyitlərinin uçqun altından çıxarılması davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00