Gürcüstan Ermənistanla hərbi əməkdaşlıq proqramı imzaladı

Gürcüstanla Ermənistan arasında 2016-cı il üzrə hərbi əməkdaşlıq proqramı imzalanıb. Report bildirir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb. Məlumata görə, sənədi Yerevanda rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Ermənistanın müdafiə naziri Seyran Ohanyan imzalayıblar. İnformasiyada bildirilib ki, iki ölkə arasında əməkdaşlıq 2010-cu ildən başlayaraq, plan əsasında qurulur. Bu proqramda sülhməramlıların fəaliyyəti, hərbi təhsil və hazırlığa üstünlük verilir.

Qeyd edək ki, fevralın 1-də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşili Yerevana rəsmi səfər edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00