ABŞ-ın 101-ci hava desant diviziyası Suriyaya göndərilir
1 Fevral 2016 17:31 DünyaBirləşmiş Ştatların 101-ci hava desant diviziyası Suriyaya göndərilir. Qərb və İsrail kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Suriyadakı hərbi-siyasi vəziyyətin çıxılmaz dalana girməsi Pentaqonu belə bir addım atmağa vadar edib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, diviziya Əsəd-Rus alyansı və İŞİD-ə qarşı mübarizə aparacaq. Məlumata görə, son günlər Rusiyanın Suriyada müxaliflərə qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi belə bir addımın atılmasını zəruri edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00