Peskov: “Ərdoğanın görüşmək istəməsi barədə Putinə məruzə olunub”
1 Fevral 2016 16:31 Dünya"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın görüşmək istəməsi barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunub". APA-nın Moksva müxbirinin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın "Su-34" təyyarəsinin yanvarın 29-da ölkə sərhədini pozduğunu bəyan edib. Bundan sonra prezident Ərdoğan Rusiya prezidenti Putinlə görüşmək istədiyini söyləyib. Rusiya Müdafiə Nazirliyi isə Türkiyə XİN-in bəyanatını təkzib edərək Rusiya təyyarəsinin sərhədi pozmadığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00