Ukrayna Suriyaya qoşun yeridir?

Ukrayna Suriyada İŞİD terror qruplaşmasına qarşı mübarizədə ABŞ-a öz yardımını təklif edəcək. Hətta rəsmi Kiyev bir neçə ssenari, o cümlədən hərbi dəstəyin nəzərdə tutulduğu plan hazırlayıb. Report bildirir ki, bu barədə Ukrayna hökumətindəki mənbəsinə istinadən "Independent" nəşri yazıb. Məlumata görə, ölkənin Müdafiə Nazirliyi bu təşəbbüsünü Pentaqon rəhbəri Eşton Karterə göndərəcək.

Qeyd edək ki, Suriyada İŞİD yaraqlılarına qarşı hava əməliyyatlarını ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya həyata keçirir. Ötən ilin payızından etibarən Rusiya da aviazərbələrə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00