Anasına görə İrinadan ayrıldı

Rusiyalı model İrina Şeyk sevgilisindən ayrılıb. Qafqazinfo.azxəbər verir ki, bu barədə İngiltərənin "The mirror" qəzeti məlumat yayıb. Qəzet yazır ki, model 41 yaşlı sevgilisi Bredley Kuperlə münasibətlərinə son qoymaq qərarına gəlib. Cütlüyün münasibətlərinin korlanmasına aktyorun anası Qloria Kampano səbəb olub. İddia olunur ki, Milad günü gəlin və qayınana arasından mübahisə yaşanıb. Bu qalmaqal münasibətin sona çatması ilə nəticələnib.

Qeyd edək ki, İrina və Bradley cütlüyü münasibətlərini ötən ilin aprel ayında elan etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00