Yunanıstan qapılarını Türkiyənin üzünə bağladı
1 Fevral 2016 14:16 DünyaYunanıstan müvəqqəti olaraq Türkiyə ilə sərhəddə yerləşən "İpsala" və "Pazarküle" sərhəd-keçid məntəqələrini bağlayıb. Bu barədə azvision.az Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir. Sərhəd-keçid məntəqəsinin bağlanmasına səbəb kimi Yunanıstan tərəfi bu ölkənin Türkiyə ilə sərhəddə yerləşən ərazilərdə fermerlərin keçirdiyi etiraz aksiyası göstərilib. Yunanıstan-Türkiyə sərhədinin hələlik nə vaxt açılacağı bilinmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00