Rusiyanın icazəsi başa çatdı

Türkiyə ərazisində Rusiya avtonəqliyyatları vasitəsilə yükdaşınması artıq mümkün olmayacaq. Report TASS-a istinadən xəbər verir ki, buna səbəb tərəflər arasındakı müvafiq razılaşmanın 31 yanvar 2016-cı il tarixində başa çatmasıdır. "Bu günə qədər Türkiyə tərəfi ilə 2016-cı il üçün icazələr kvotası razılaşdırılmayıb. Hazırdan Rusiya Nəqliyyat Nazirliyi məsələnin həlli üçün tədbirlər görür. Artıq Türkiyə tərəfinə qarşılıqlı icazə ilə bağlı təklif göndərilib", - Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının məlumatında deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00