Suriyanın Madaya qəsəbəsində 16 nəfər aclıqdan ölüb
1 Fevral 2016 13:31 DünyaSuriyada Əsəd ordusu tərəfindən mühasirəyə alınan Madaya şəhərində bir ay içində daha 16 nəfərin aclıqdan dünyasını dəyişdiyi bildirilir. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, hadisə Sərhədsiz Həkimlər Təşkilatı tərəfindən də təsdiq edilib. Hazırda şəhərdə 40 min insan yaşamaqdadır . Madaya 6 aydır ki, Əsəd və "Hizbullah" gücləri tərəfindən mühasirdə tutulur. Bir neçə aydır ki, şəhərə ərzaq, tibbi ləvazimat və əsas ehtiyac əşyalarının girişi əngəllənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00