ABŞ-dan Türkiyə İsrail işbirliyinə dəstək

ABŞ Türkiyə ilə İsrail arasında təbii qazla bağlı meydana çıxan əməkdaşlığa dəstək verir. "OLAYLAR"-ın Türkiyə bürosunun səbərinə görə, məsələ ilə ABŞ-ın vitse-prezidenti Joe Bayden də yaxından maraqlanır. Joe Bayden keçən həftə Ankara səfəri zamanı həmin mövzu ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə fikir mübadiləsi aparıb. Türkiyədə keçirilən görüşdən sonra Joe Bayden İsrail baş naziri Benyamin Netanyahu ilə də həmin mövzunu müzakirə edib. Əgər sövdələşmə baş tutarsa Türkiyənin və Avropanın Rusiya, eləcə də İrandan olan qaz asılılığı azala bilər. Mütəxəssislərin təxmininə görə bu boru xətti ilə illik 50 milyard kub metr qaz nəql etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00