"Azərenerji" Rusiyadan qaz alacaq
1 Fevral 2016 13:13 DünyaAzərbaycan "Azərenerji" ASC üçün Rusiyanın "Qazprom" şirkətindən təbii qaz almağı nəzərdə tutur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, "Azərenerji" ASC-yə Rusiya qazının nəql olunması üçün SOCAR-ın infrastrukturundan istifadə oluna bilər. "Azərbaycanda "Azərenerji"yə əlavə həmcdə qaz lazımdır, hazırkı həcm çatmır. Buna görə də qaz idxalı nəzərdə tutulur. SOCAR bunun üçün öz infrastrukturunu təklif edə bilər", - deyə E.Nəsirov əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00