Rus gəmiləri boğazda

İki rus hərbi gəmisi İstanbul Boğazından keçərək Ege Dənizinə doğru hərəkət edib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, 151 sayılı Azov və 127 saylı Minsk gəmiləri Türk sahil mühafizə gəmilərinin müşayəti ilə İstanbul Boğazından keçərək Mərmərə Dənizinə yan alıblar. Gəmilərin Çanaqqala Boğazını keçərək Ege Dəniznə daxil olduğu bildirilir. Hərbi gəmilərin yanaşacağı liman haqqında məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00