Mars planetində çəkilən selfi (FOTO)

Şəkil sosial şəbəkə saytında Curiosity Rover adına yaradılmış səhifədə paylaşılıb

Amerika Milli Kosmik Agentliyinin (NASA) Marsdakı "Curiosity" adlı kosmik vasitəsi bu planetdəki "Namib" adlı qum təpəsində selfi çəkərək fotonu dünyaya göndərib. ANS PRESS-in məlumatına görə, foto şəkil sosial şəbəkə saytı Twitterdə Curiosity Rover adına yaradılmış səhifədə paylaşılıb."Namib qum təpəciyində apardığım araşdırmanın nəticələrini paylaşmaq üçün səbrsizliklə gözləyirəm, amma əvvəl bir selfi çəkək." - deyə şəklin altında yazılmış mesajda qeyd edilib.Sosial şəbəkədə paylaşılan şəkil 2 300-dən çox istifadəçi tərəfindən yenidən paylaşılıb, 3 600 istifadəçi isə fotonu like edib.Curiositynin çəkdiyi panoqramik selfi əslində 57 fotonun birləşməsindən meydana gəlib. Həmin fotolar Curiosity qum təpəsinə dırmanarkən çəkilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00