Misirdə yol-nəqliyyat hadisəsi 10 insanın həyatına son qoyub
1 Fevral 2016 10:04 DünyaQahirə yaxınlığında bir neçə avtomobilin toqquşması nəticəsində ilkin məlumata görə 10 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Misirin paytaxtı yaxınlığındakı sürətli tras yolda baş verən yol-nəqliyyat hadisəsi zamanı yük maşınları, mikroavtobuslar və minik avtomobilləri toqquşub. Bildirilir ki, yol-nəqliyyat hadisəsinin əsas səbəbi havanın dumanlı olması və yolun pis görünməsi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00