İŞİD-in mövqelərinə 23 hava zərbəsi endirilib
1 Fevral 2016 03:48 DünyaABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri İŞİD terror qruplaşmasının Suriya və İraqdaki mövqelərinə 23 hava zərbəsi endirib.
Gazeta.Ru xəbər verir ki, bunu koalisiya qüvvələrinin rəhbərliyi bəyan edib.
Hava zərbələri İŞİD-in Ramadi, Rakka, Mosul şəhərləri yaxınlığındaki mövqelərinə istiqamətlənib.
Xatırladaq ki, ABŞ və beynəlxalq koalisiyanın təyyarələri 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələr endirir. ("Report")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00