Rusiya Monqolustanın 174 milyon dollar borcunu bağışladı
1 Fevral 2016 03:44 DünyaRusiya prezidenti Vladimir Putin Monqolustanın bu ölkəyə olan dövlət borcunun silinməsi barədə federal qanunu imzalayıb.
Virtualaz.org saytı "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya dövlətinin başçısı bu qanunu imzalamaqla 2010-cu ildə iki ölkə arasında bağlanmış müqaviləni ratifikasiya edib.
Bu qanuna əsasən, Monqolustanın Rusiyaya vaxtı ötmüş 174 milyon 200 min dollar həcmində dövlət borcu silinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00