Pikassonun Nyu-Yorkda oğurlanmış rəsmini Türkiyə polisi aşkarlayıb

Türkiyə polisi tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində Nyu-Yorkda kolleksiyaçıdan oğurlanan ispan rəssamı Pablo Pikassonun "Saçlarını darayan lüt qadın" əsəri aşkarlanıb.Trend-in AFP agentliyinə istinadən verdiyi xəbərə əsasən, polis cinayətkarlara potensial alıcılar kimi təqdim olunublar və onlarla iki görüş keçiriblər.Satıcılar əvvəlcə rəsmi 8 milyon dollara, sonra isə 7 milyon dollara satmağa razı olublar. Təyin olunmuş üçüncü görüşdə cinayətkarlar həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00