Pentaqon Rusiyanı Türkiyənin hava məkanını pozmaqda günahlandırdı
31 Yanvar 2016 11:50 DünyaABŞ-ın Müdafiə Nazirliyinin rəsmisi cümə günü, yanvarın 29-da Rusiyanın hərbi təyyarəsinin Türkiyənin hava məkanını pozması xəbərini təsdiqləyib.
Virtualaz.org saytı "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, dünən Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya hərbi təyyarəsinin ölkənin hava sərhədlərini pozduğunu bildirib. Bu səbəbdən Rusiyanın Ankaradakı səfiri Türkiyə XİN-nə çağırılıb.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi Terkiyənin bəyanatını əsası olmayan təbliğat adlandırıb və qeyd edib ki, Suriyadakı HHM qurğuları və Suriya RLS belə bir fakt aşkarlamayıb.
Xatırladaq ki, ötən ilin noyabr ayında Türkiyənin hava məkanını pozduğu bildirilən Rusiyanın Su-24 təyyarəsi türk F-16 qırıcısı tərəfindən vurulmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00