12 yaşlı uşaq Nigeriyada terror aktı törətdi: 11 nəfər həlak olub

Nigeriyanın şimal-şərqində bazarda kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 11 nəfər həlak olub, bir çox insan isə yaralanıb.

Virtualaz.org saytı "Frans Press" agentliyinə istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, terror aktı 12 yaşlı uşaq tərəfindən törədilib.

Hələlik heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00