Fransada "erməni soyqırımı" cəzasına hazırlıq gedir

Bu barədə “Le Point” fransız jurnalı xəbər verib.

Fransa prezidenti Fransua Olland Avropa İnsan Haqları Məhkəməsinin keçmiş sədri Jan-Pol Kostaya "erməni soyqırımı"nı inkar edərnlərə qarşı cəza nəzərdə tutan yeni qanun layihəsini işləməyi tapşırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Le Point" fransız jurnalı xəbər verib.

Fransanın erməni təşkilatlarının Koordinasiya Şurasıyla keçirdiyi ənənəvi illik görüşün gedişatında Olland bu barədə ən tanınmış hüquqşünasa Jan-Pol Kostaya tapşırıq verdiyini qeyd edib. Prezident "erməni soyqırımı"nın inkarı üçün cəza nəzərdə tutan yeni qanun layihəsinin ölkənin qanunverici sistemində ləyaqətli yeri tutacağına ümüd etdiyini bildirib.

2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası parlamentin qəbul etdiyi "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza tətbiqini nəzərdə tutan qanunu ləğv edib. Olland bunu ermənilərin və fransızların böyük məğlubiyyəti adlandırıb: "Əgər yeni qanun Konstitusiya Şurası tərəfindən ləğv edilərsə və ya Fransanın Avropa İnsan Haqları Məhkəməsi qarşısında cavabdehliyi ilə nəticələnərsə, o zaman bu, ölkəmiz və erməni məsələsi üçün dəhşətli bir məğlubiyyətə çevriləcək, inkaretmənin qələbəsi olacaq".

Fransua Olland - Fransa prezidenti

Fransa prezidenti qeyd edib ki, bu təşəbbüs qarşıdan gələn prezident seçkiləri ilə bağlı deyil: "Burada barışıq əsas məsələdir. Ermənistan və Türkiyə danışıqlar yolunun irəliləməsində yardımını əsirgəməyən Fransanı həmişə öz yanında görəcək".

Qeyd edək ki, yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etmişdi. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs vermişdi.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tuturdu. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib.

Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar. 2012-ci ilin fevralında Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00