Tom Henks ABŞ-ın ən çox sevilən kino ulduzu seçilib

Harris Pollun sorğusunda 2,2 min yaşlı amerikalı iştirak edib

Aktyor Tom Henks yenidən ABŞ-ın ən çox sevilən kino ulduzu seçilib. "Qazeta.ru" xəbər verir ki, "Harris Poll"un apardığı sorğuda 2,2 min yaşlı amerikalı iştirak edib.

Xatırladaq ki, T.Henks artıq 2002, 2004, 2005 və 2013-ci illərdə də reytinqin lideri olmuşdu. O, 2015-ci ildə yenidən siyahıya başçılıq edib.
ABŞ-ın ikinci ən sevimli film ulduzu Conny Depp olub. Denzel Vaşinqton üçüncü, Con Ueyn dördüncü, Harrison Ford isə beşinci sırada qərarlaşıb.
"Top-10"da həmçinin Sandra Bullok, Cennifer Lourens, Klint İstvud, Bred Pitt və Culiya Roberts də yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00