Gürcüstanda qrip epidemiyası ilə əlaqədar 282 məktəb bağlanıb
Yanvarda donuz qripinə yoluxmuş 5 nəfər ölüb
29 Yanvar 2016 18:50 DünyaGürcüstanda H1N1 virusunun ("donuz qripi") yayılması səbəbindən 282 məktəb bağlanıb. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Elm və Təhsil Nazirliyi məlumat yayıb. Məlumata görə, yanvar ayı ərzində ölkədə "donuz qripi"ndən 5 nəfər, H3N1 virusuna yoluxmadan isə bir nəfər ölüb. Xəbərdə bildirilib ki, Gürcüstanda yüz min nəfərdən 500-ü qripə yoluxub. Əvvəlki illərdə qış fəslində ölkədə adətən 100 min nəfərdən 332-də qripə yoluxma halı aşkarlanırmış. Yerli mütəxəssislərin sözlərinə görə, qrip virusu bir qayda olaraq fevralda daha çox yayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00