Ermənistan əhalisinin sayı 12 min nəfər azalıb

2016-cı il yanvarın 1-nə olan vəziyyətə görə Ermənistan əhalisinin sayı 2 998,6 min nəfər təşkil edib. Trend Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb. 2015-cı il yanvarın 1-i ilə müqayisədə ölkə əhalisinin sayı 12 min nəfər azalıb. 2015-ci ildə doğulan uşaqların sayı isə 2014-cü illə müqayisədə 2,8 faiz azalaraq 41 815 uşaq təşkil edib. Bununla yanaşı, hesabat dövründə ölüm hallarının sayı 0,4 faiz artaraq 27 835 təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00