Ötən əsrin 20-ci illərində buraxılmış Azərbaycan poçt markaları “eBay”-də satışa çıxarılıb
29 Yanvar 2016 18:28 DünyaAzərbaycan poçt markalarının kataloquna daxil olan 3 növdə marka "eBay" internet mağazasında satışa çıxarılıb. "ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, bu markalar 1920-22-ci illərdə nəşr olunub. "eBay"-də sözügedən poçt markalarının satış qiyməti 50 ABŞ dolları təşkil edir. Markaların nominal dəyəri dövriyyəyə buraxılan zaman müvafiq olaraq 5000, 3000 və 2000 rus rubluna bərabər olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00