Maykl Ceksonu ağdərilinin canlandırması etiraza səbəb oldu
29 Yanvar 2016 18:12 Dünya"Elizabet, Maykl və Marlon" kinokomediyasında əfsanəvi müğənni Maykl Ceksonu ağdərili aktyorun canlandırması etiraza səbəb olub. Publika.az xəbər verir ki, çəkiliş heyətinin filmdə Maykl Ceksonu oynamaq üçün Cozef Faynsa müraciət etməsi müğənninin çoxmilyonluq pərəstişkarının təpkisi ilə qarşılaşıb. Onlar bunu qaradərililərə qarşı təhqir hesab edib. Aktyor özü də bu təklifdən təəccübləndiyini gizlətməyib: "Londonda dünyaya gəlmiş ağdərili oğlanam. Bu təklif bir çoxu kimi, məni də təəccübləndirdi". Müğənninin fanatları ümid edirlər ki, filmdə aktyor qaradərili aktyor ilə əvəzlənəcək. Əks halda, filmi boykot edəcəklər. Çəkiliş heyəti isə fikrindən daşınmayacağını bildirib: "Qaradərili aktyoru ağartmaq daha çətindir, nəinki ağdərilini qaraltmaq. Ona görə də fikrimizdə qalacağıq".