"Kiralık aşk"ın qəhrəmanı ailə qurur?

"Kiralık Aşk" serialının "Defne"si Elçin Sanqu ilə bağı yeni iddialar yayılıb. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son dövrlərin ən məşhur aktrisalarından olan Elçin Sanqunun iş adamı Yunus Özdikenlə ailə qurması barədə iddialar səslənib. "Habertürk" qəzetində yer alan xəbərə görə, aktrisanın sevgilisi Özdiken bu iddiaları yalanlayıb. O, açıqlamasında: "Uzun müddətdir, birlikdəyik, lakin evlənmək üçün tələsmirik", - deyib. E.Sanqu isə sevgilisi haqda belə demişdi: "Sevgilimin ağlına heyranam. Darıxdırıcı adam deyil. Çox ağıllı, zarafatcıl, mənə uyğun, həyatımı keçirə biləcəyim biridir. Tam səmimi deyirəm ki, mənim inkişafıma səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00