Rusiyalı model 5-ci dəfə ana olacaq

Parisdə keçirilən moda həftəsində model Natali Vodyanova hamilə olması ilə diqqət çəkib. Qafqazinfo.az xəbər verir ki, 33 yaşlı modelin fransız sevgilisi Antuan Arnodan ikinci uşağını dünyaya gətirəcək. Bununla da Natali 5-ci dəfə ana olacaq.

Qeyd edək ki, model əvvəl ingilis lord Castin Portmanla ailə həyatı qurmuş, 3 uşaq dünyaya gətirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00